Vergi daxilolmaları 45 faiz artıb

11 İyun 2023 11:31

2023-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 415,8 milyon manat vergi daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Milli.Az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 45 faiz və ya 2,6 milyard manatdan çox artıb.

Qeyri-neft-qaz sektorunda daxilolmalar 4,6 milyard manat olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 17,8 faiz və ya 697,2 milyon manat artıb.

Milli.Az