Əri Günay Mehdiyevanın açıq-saçıq şəkillərini yayıb: "Səni biabır edəcəyəm"

11 İyun 2023 10:05

Sosial şəbəkələrdə "Gunay_fardi" kimi tanınan bloger cütlük qalmaqallı şəkildə ayrılıb.

Milli.Az OLAY-a istinadən yazır ki, bununla bağlı Günay Mehdiyeva paylaşım edib. O bildirib ki, dəfələrlə xəyanətlə üzləşdiyi üçün evliliyini sonlandırmaq qərarına gəlib. 

Lakin qarşı tərəf onun özəl şəkil və nömrələrini bəzi sosial şəbəkə platformalarında yayaraq şantaj edib:

"Mənim şəkillərimi və nömrələrimi yayır. Harada görülüb ki, bir insan həyat yoldaşının şəkillərini yaysın? Hansı kişiliyə aiddir? Yaşadığım problemlərə rəğmən gözünüzün qarşısında susurdum. Ayrılsaq belə normal insan kimi qalaq demişəm. Başqaları kimi gecə həyatı yaşamıram. Gözünüzün qarşısındayam. Uşağım üçün sosial şəbəkələri istifadə edirəm. 

Saat 5-ə qədər reklam çəkilişinə gedib, sonra da evimə qayıdıram ki, uşağım gələcək. Ona atdığım şəxsi şəkilləri yayır. Deyir ki, səni biabır edəcəyəm. Sən məni yox, özünü biabır edəcəksən. Bunu da deyirəm, sabah özümə nəsə etsəm, bilin ki, ona görə edəəcəyəm. O, mənim həyatımı, gəncliyimi məhv etdi. Artıq son həddə çatmışam". 

Günay daha sonra paylaşım edərək polisin dərhal məsələyə müdaxilə etdiyini və şəkillərin, nörmələrin yayılan platformalardan silindiyini bildirib. 

Milli.Az