Ağstafada qəribə hadisə: yeniyetmə onu toya aparmadıqları üçün intihara cəhd edib

11 İyun 2023 09:23

Ağstafa rayonunda yeniyetmə oğlan intihara cəhd edib.

Milli.Az "Report"a istinadən bildirir ki, Ağstafa rayon sakini, 2007-ci il təvəllüdlü A.Q özünü asaraq intihara cəhd edib.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Onun yaxınları tərəfindən toya aparılmadığı üçün özünü asaraq intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az