Sabirabadda Kür sahilində kişi meyiti tapılıb

10 İyun 2023 23:40

Sabirabad rayonunda kişi meyiti aşkarlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Narlıq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Ağakişiyev Vüsal Ağakərim oğlunun meyiti Kür çayı sahilində tapılıb.

Onun ölümünün səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az