Fransa Rusiya ilə bağlı İrana xəbərdarlıq edib

10 İyun 2023 23:18

Fransa prezidenti Emmanuel Makron İran lideri İbrahim Rəisi ilə telefon danışığı zamanı Tehranı Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmağa çağırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi Yelisey sarayının nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Makron İranın Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünün nəticələrinin ciddiliyinə diqqət çəkib. Fransa prezidenti Tehranı Moskvaya dəstəyini dərhal dayandırmağa çağırıb.

Milli.Az