Almaniyanın daxili işlər naziri qaçqınlara qarşı daha sərt münasibətin tərəfdarıdır

10 İyun 2023 23:24

Almaniyanın daxili işlər naziri Nensi Feser Avropa İttifaqı (Aİ) daxilində stasionar sərhəd nəzarətinin tətbiqinə qarşı çıxıb və Almaniyadakı qaçqınların sayının tezliklə azalacağına ümid etdiyini bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, o, bu fikrini "Bild am Sonntag" qəzetinə verdiyi müsahibəsində bildirib.

"Mən Avropa Birliyinin ürəyini - açıq daxili sərhədləri qorumaq istəyirəm. Maneələrin bərpası bizi onilliklər geriyə aparardı. Bu, iqtisadiyyatımıza və ailələrə böyük ziyan vuracaq"-deyə, o vurğulayıb.

Eyni zamanda, nazir ittifaq ölkələri arasında Aİ-də qalmaq perspektivi olmayan qaçqınlara qarşı daha sərt münasibəti nəzərdə tutan razılaşmanın tərəfdarı olduğunu bildirib.

Milli.Az