“Qladiator 2”-nin çəkiliş meydançasında partlayış - 6 nəfər yaralandı

10 İyun 2023 22:36

"Qladiator 2" filminin Mərakeşdə aparılan çəkilişləri zamanı bədbəxt hadisə baş verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, döyüş səhnələrindən birinin çəkilişi zamanı partlayış olub və heyətin 6 üzvü yaralanıb.

"Variety"nin məlumatına görə, ağır yanıq xəsarəti alan 4 nəfər hələ də xəstəxanadadır.

Qeyd edək ki, "Qladiator"un birinci bölümündə baş rolu Hollivud ulduzu Rassel Krou canlandırsa da, ikinci bölümdə bu iş Pol Meskalə həvalə olunub.

Milli.Az