Lerikdə 74 yaşlı kişi tut ağacına çıxdı və... - BƏDBƏXT HADİSƏ

10 İyun 2023 21:39

Qaxda 74 yaşlı kişi tut ağacından yıxılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə rayonun Ləkit kəndində baş verib. Kənd sakini - 1949-cu il təvəllüdlü Hüseyn Məhəmməd oğlu Lətifov yaşadığı evin həyətyanı sahəsindəki tut ağacını silkələyən zaman ehtiyatsızlıqdan yıxılıb. 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Lətifov Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. 

Milli.Az