Braziliyalı müğənni türk kişilərini ələ saldı - VİDEO

10 İyun 2023 18:24

Braziliyalı müğənni Anittanın Türkiyədən paylaşdığı görüntülər müzakirə yaradıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi Kapalıçarşıda gəzdiyi anları izləyiciləri ilə bölüşüb.

Anittanın paylaşdığı videoda bəylərin onunla ingilis dilində ünsiyyət qurmağa çalışması əks olunub.

İfaçı bu görüntülərə "Türkiyədə qadın olaraq alış-veriş etmək" sözlərini yazıb.

Əksəriyyət onun türk kişilərini ələ saldığını deyib.

Milli.Az