Bakıda “Mercedes” oğrusu tutuldu

10 İyun 2023 13:36

Nəsimi rayonu ərazisindən "Mercedes" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Səid Fərəczadə həmin avtomobillə saxlanılıb.
Araşdırmalarla onun iyunun 1-nə keçən gecə rayon ərazisində yerləşən bir estetik mərkəzdən 6000 manat dəyərində qızıl üzük, mobil telefon, planşet, noutbuk, saat, kamera, kosmetoloji cihaz və aparatları oğurlamasına da əsaslı şübhələr müəyyən edilib.

Milli.Az