Əfruzə müəllim vəfat etdi

10 İyun 2023 10:46

Bakı şəhər Yasamal rayon 13 saylı orta məktəbin idman müəllimi Əfruzə Hacıyeva vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ötən gün xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Hacıyeva 2014-cü il bələdiyyə seçkilərində yol verilmiş qanunsuzluq hallarının görüntüləri ilə bağlı gündəmə gəlmişdi.

Həmin vaxt Ə. Hacıyeva 15 saylı Yasamal I Seçki Dariəsinin 12 saylı seçki məntəqəsinin üzvü idi.

Milli.Az