Oyundan sonra dava düşdü - VİDEO

10 İyun 2023 14:12

Türkiyədə Basketbol Super Liqasının play-off yarımfinal mərhələsinin dördüncü matçında xoşagəlməz hadisə yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxça"nı qəbul edən "Anadolu Efes" matçda 87-78 xalla qalib olub.

Oyun sonrası "Anadolu Efes"in baş məşqçisi Ergin Ataman meydandan çıxarkən "Fənərbağça"nın azarkeşləri ilə mübahisə edib.

Sözügedən görüntüləri təqdim edirik. (publika)

Milli.Az