Naxçıvan sakini intihara cəhd edib

10 İyun 2023 08:54

Naxçıvan sakini özünə qəsd edib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gün Naxçıvan şəhərinin Xətai məhəlləsində qeydə alınıb.

Naxçıvan şəhər sakini, 1979-cu il təvəllüdlü Zeynalov Fərid Abbas oğlu hər iki biləyini doğrayıb. Təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilən F.Zeynalovun biləklərinə tikiş qoyulub, vəziyyəti sabit qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az