Hava limanında iki təyyarə toqquşdu

10 İyun 2023 08:48

Yaponiyanın paytaxtı Tokionun Haneda beynəlxalq hava limanında 2 təyyarə toqquşub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qəzanın təyyarələrin uçuş zolağına doğru hərəkət zamanı baş verdiyi bildirilir. Hadisə nəticəsində xəsarət alanlar və maddi zərər barədə hələ məlumat yoxdur.

Qəza hava limanında bəzi uçuşların gecikməsinə səbəb olub.

Milli.AZ