ABŞ astronavtları Stiven Bouen və Vudi Hoburq iROSA günəş batareyasını uğurla quraşdırdıqları kosmos səyahətlərini cümə günü başa vurdular.
Milli.Az APA-ya istinadən bildirir ki, yayım ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında aparılıb.
Çıxış ABŞ-ın şərq sahili vaxtı ilə saat 09:25-də (Bakı vaxtı ilə 17:25) başlayıb və altı saat üç dəqiqə davam edib. İş zamanı astronavtlar Amerikanın SpaceX şirkətinin Cargo Dragon yük gəmisi tərəfindən bu ilin əvvəlində gətirilən beşinci iROSA günəş panelini quraşdırmağa, birləşdirməyə və yerləşdirməyə nail olublar. NASA-da qeyd edildiyi kimi, yeni batareya 20 kVt daha çox enerji istehsal edəcək.
Sonuncu, altıncı Günəş batareyasının quraşdırılması üçün növbəti kosmosa çıxış iyunun 15-nə planlaşdırılır.
Milli.Az