İkinci dəfə ayrıldılar

10 İyun 2023 19:16

Apreldə barışan müğənni Şon Mendesla həmkarı Kamila Kabello yenidən ayrılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük bu dəfə münasibətlərinə yeni şans verməmək qərarı ilə vidalaşıblar. Ulduz musiqiçilər bir-birlərinə uyğun olmadıqlarını anladıqları üçün bu qərarı veriblər.

Qeyd edək ki, müğənnilər 2019-cu ilin yayında görüşməyə başlayıblar. Tezliklə onlar Grammy mükafatına namizəd olan "Senorita" adlı birgə sinqlı buraxdılar. 2021-ci ilin noyabrında isə cütlük ayrıldıqlarını elan etmişdi.

Milli.Az