MN: Ordumuzun bölmələrinin Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır

9 İyun 2023 21:42

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edir.

Milli.Az