Azərbaycanda bəzi tələbələr imtahandan keçmək üçün bu alətdən istifadə edir - VİDEO

9 İyun 2023 18:12

Artıq universitetlərdə imtahan sessiyası başlayıb. Hazırlaşıb öz zəhməti ilə yüksək bal alanlar da var, imtahandan keçmək üçün müxtəlif üsullardan istifadə edənlər də. Yaxınlığındakı tələbədən köçürmək, xırda qeyd vərəqlərilə zala daxil olmaq, telefon keçirməyə cəhd artıq hamının bildiyi variantlardı. Son zamanlar başqa bir üsul geniş yayılıb. Təbii ki, elə bu üsul da tələbənin özünü geri atır. Sözün bütün mənalarında.

Milli.Az xəbər verir ki, ARB TV bununla bağlı araşdırma edib.

Olanda telefon aparatlarıdı, nauşniklərdi, bəzi hallarda konsperktlər də əldə olunur, konspektlərdən istifadə edəndə tuturuq. Yoxlamalar aparanda biz müşahidələr aparırıq kənardan. Təbii ki, mikronauşnilər xüsusi aparatlarla yoxlanılır amma telefonlardı, konspektlərdi müşahidələr nəticəsində götürürük.

Bu üsullardan istifadə edib imtahanlardan keçə bilənlər olur. Amma sadəcə bəxti gətirir deyə bilərik. Bəxti gətirmədiyini düşünənlərin, əslində isə gətirənlərin sayı daha çoxdu. Universitetlərdən deyildi ki, bu cür vasitələr tələbələrdə aşkar edildikdə onlar imtahandan xaric edilməklə yanaşı, bu qurğuları da təhsil müəssisəsi müsadirə edir. Belə olan halda tələbə həm imtahandan kəsilir, həm də maddi cəhətdən itirir. Tutulmadığı halda isə itirdiyi daha çox olur. Özünəinamı, vicdanı, xarakteri.

Milli.Az