Yağlı dərilər üçün maska

11 İyun 2023 12:40

Yediyimiz qidalar, çirkli hava, makiyajı təmizləməmək və s. kimi amillər üzdə səpkilərin yaranmasına səbəb olur. Onlardan xilas olmaq üçün müxtəlif üsullardan istifadə olunur.

Milli.Az Axşam.az-a istinadən yağlı dərilərə uyğun maskanı təqdim edir:

Qreypfrutun yarısının suyunu sıxın, üzərinə 1 yemək qaşığı bal, 1 çay qaşığı yulaf əlavə edib qarışdırın. Alınan məhlulu 10 dəqiqə üzünüzdə saxlayın. Daha sonra isə ilıq su ilə dərinizi durulayın.

Milli.Az