Rusiya ordusu Jitomiri vurdu

9 İyun 2023 13:57

Rusiyanın Ukraynanın Jitomir vilayətini atəşə tutması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Zvyangelski şəhər şurası məlumat yayıb.

"İyunun 9-na keçən gecə düşmən icmamızın özəl sektorunun yaşayış sahəsinə raket hücumu edib. Hücum nəticəsində 6 ev dağılıb, onlarla evə ziyan dəyib", - məlumatda qeyd olunub.

Milli.Az