Türkiyəli deputat oğlu ilə avtomobil qəzasına düşdü

9 İyun 2023 08:56

Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Bahadır Yenişehirlioğlu avtomobil qəzasına düşüb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində o və oğlu yaralanıb.

Bildirilib ki, onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, son parlament seçkilərində B. Yenişehirlioğlu Manisa şəhərindən millət vəkili seçilib. 

Milli.Az