Blinken və Kuleba Kaxovkadakı partlayışdan danışdı

9 İyun 2023 07:40

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ Dövlət katibi Entoni Blinken Kaxovka SES-də baş verən partlayışı müzakirə ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Kuleba Tvitter hesabında paylaşım edib.

Bundan əlavə, Kuleba və Blinken hərbi yardımı və NATO-nun Vilnüsdə keçiriləcək sammitindən gözləntilər barədə danışıblar.

Milli.Az