Meşədə uşaq doğub ağacların dibinə atdı - TÜKÜRPƏDƏN HADİSƏ

9 İyun 2023 00:45

Ryazan vilayətində 19 yaşlı qız gecəyarı 4 radələrində meşədə uşaq dünyaya gətirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, daha sonra gənc qız körpəni torbaya bükərək ağacların arasına qoyub.

Uşağı meşədə təsadüfən görən yerli sakinlər onu xəstəxanaya çatdırıblar. Həkimlər yeni doğulan körpənin səhhətində heç bir problem aşkar etməyiblər.

Milli.Az