İstanbulda atışma: Ölən və yaralananlar var

8 İyun 2023 23:52

Türkiyənin İstanbul şəhərində silahlı insident olub.

Milli.Az xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Belə ki, ətrafına bibər qazı səpən şəxslə ona xəbərdarlıq edən dükançı arasında baş verən dava silahlı qarşıdurmaya çevrilib. Nəticədə 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.

Hadisə yerinə gələn polislər silahlı hücumu həyata keçirən şəxsi saxlayaraq nəzarətə götürüblər.

Milli.Az