Məşhur komediya ustası vəfat etdi

8 İyun 2023 23:42

Amerikalı məşhur aktyor və komediya ustası Pet Kuper vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi 94 yaşında Las-Veqasdakı evində dünyasını dəyişib.

Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, P.Kuper "Bunu analiz et", "Çarlinin mələkləri", "Los-Ancelesin qanunu", "Cəfəngiyyat" kimi film və seriallarda rol alıb.

Milli.Az