Azərbaycanda transfer pəncərəsinin vaxtı AÇIQLANDI

8 İyun 2023 22:52

Azərbaycanda 2023/2024-cü illər mövsümü üçün transfer dövrlərinin vaxtı müəyyənləşib.

Milli.Az xəbər verir ki, Peşəkar Futbol Liqası 15 iyun 2023 - 05 sentyabr 2023 (05 sentyabr saat 23:59-dək) tarixlərini yay transfer pəncərəsi, 11 yanvar 2024 - 08 fevral 2024 (08 fevral saat 23:59-dək) tarixlərini qış transfer pəncərəsi elan edib.

Milli.Az