İranın Gömrük Xidmətinin rəhbəri Məhəmməd Rizvanifərin olduğu avtomobil qəzaya uğrayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə IRNA məlumat yayıb.
Hadisə bu gün axşam saatlarında gömrük rəhbəri və onu müşayiət edən nümayəndə heyəti Borucerd şəhərindən qayıdarkən baş verib.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri stabildir.
Milli.Az