"Gmail" hesablarınızın təhlükəsizliyi pozula bilər. Bununla bağlı mavi işarə hesablara belə etibar etmək düzgün deyil. "Google", mayın 4-də "Twitter Blue"a bənzər yeni təhlükəsizlik xüsusiyyəti olan mavi işarəni təqdim edib. Bu mavi işarə orijinal şirkətlərin e-poçtlarının yanında görünməli idi, lakin son iddialara görə, fırıldaqçılar da bu xüsusiyyətdən zərərli şəkildə istifadə etməyə başlayıblar.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Google" tərəfindən edilən bu təhlükəsizlik təkmilləşdirməsi şirkətlərə orijinal e-poçt hesablarını ayırd etməyə imkan verməli olsa da, bu xüsusiyyətin istifadə oluna biləcək bir zəifliyə sahib olduğu ortaya çıxıb. Tədqiqatçı Chris Plummer göstərdi ki, hakerlər bu funksiyadan sui-istifadə edə bilərlər. Saxta e-poçtlara şirkətin rəsmi loqosu və "Gmail" işarəsi daxil ola bilər və bu e-poçtlar gələnlər qutunuza düşə bilər.
Hakerlər e-poçtlar vasitəsilə ünvanınızı, doğum tarixinizi və oxşar şəxsi məlumatlarınızı oğurlamağa cəhd edə bilərlər. Yeni bir üsul olaraq, e-poçtları bir şirkət adından göndərirlər. "Google"un bu problemi nə vaxt həll edəcəyi bəlli deyil. Buna görə də "Gmail"də görünən mavi işarələrə etibar etməməyiniz vacibdir. Həmişə göndərilən ünvanın şübhəli olub olmadığına diqqət yetirin. Şəxsi məlumatlarınızı "Gmail" vasitəsilə heç kimə verməyin və şübhəli hesablar üçün müvafiq şirkətlərə zəng edərək müştəri xidmətləri ilə əlaqə saxlayın. "Gmail" hesablarınızın təhlükəsizliyi üçün diqqətli olun.
Milli.Az