Elza Seyidcahanın dördüncü nəvəsi oldu - FOTO

8 İyun 2023 20:00

Əməkdar artist Elza Seyidcahanın dördüncü nəvəsi dünyaya gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənninin qızı Gülşənin övladı dünyaya gəlib. Onlar körpəyə İsa adını qoyublar.

Qeyd edək ki, Gülşənin Səmərrux adlı bir qız övladı da var. O, Elxan adlı bəylə ailəlidir. Seyidcahanın Ələkbər adlı bir oğul övladı da var. Bir neçə gün əvvəl Ələkbərin ikinci övladı doğulmuşdu.

Milli.Az