İran 2 atom elektrik stansiyasının tikintisinə başlayıb

8 İyun 2023 20:24

İran Buşəhrdə 2 atom elektrik stansiyasının tikintisinə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Buşəhrdə hər birinin gücü 1800 meqavat olan 2 atom elektrik stansiyasının tikintisinə başlanılıb.

Qeyd edilib ki, sözügedən layihələrdə bir nəfər də olsun xarici işçi yoxdur və bu atom elektrik stansiyalarının icra əməliyyatlarının bütün mərhələləri iranlı mütəxəssislər tərəfindən həyata keçirilir.

Milli.Az