Əgər Kosova AB üzvü olmaq istəyirsə... - ABŞ

8 İyun 2023 11:42

Kosova hakimiyyəti gərginliyi azaltmaq üçün polisi serblərin çoxluq təşkil etdiyi ərazilərdən geri çəkməli, sonra isə serblərin iştirak edəcəyi yeni bələdiyyə seçkiləri keçirməlidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Qabriel Eskobar bildirib.

O qeyd edib ki, Priştina Avropa Birliyi və Şimali Atlantika Alyansına doğru irəliləmək niyyətindədirsə, bu addımı atmalıdır:

"Əgər Kosova Avro-Atlantik inteqrasiyaya doğru irəliləmək istəyirsə, serb bələdiyyələrinin birliyini yaratmalı olacaq".

Milli.Az