Ölümlə HƏDƏLƏDİLƏR - Aktyor seksual təcavüzdə ittiham olunur

8 İyun 2023 10:38

Bir neçə gün öncə "Twitter" sosial şəbəkəsində bir neçə xanım kanadalı aktyor Persi Hayns Uaytın məktəb illərində onlara seksual təcavüz etməsindən yazıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  o öz "Instagram" səhifəsində ittihamlara cavab verib.

Aktyor bir neçə qadının ona qarşı kampaniya apardığını, yalan informasiya yaydığını yazıb: "Bu informasiyalar nəticəsində  ailəm təhdidlərə məruz qalıb, məni və dostlarımı öldürməklə hədələyiblər. Haqqımda iftira və böhtan yayılmamasını tələb edirəm".

Milli.Az