Şahzadə Harri Amerika vizasından məhrum ola bilər

8 İyun 2023 17:40

ABŞ hakimiyyəti Şahzadə Harrinin Amerika vizasını yoxlayacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "İrs" Fondu ABŞ hökumətinə Böyük Britaniya kralının kiçik oğlunun Amerika vizası üçün müraciətinin yenidən baxılmasından ötrü müraciət edib. Buna səbəb Böyük Britaniya kralının kiçik oğlu Şahzadə Harrinin "Spare" ("Ehtiyat") adlı xatirələrindəki açıqlamaları olub.

Şahzadə memuarlarında anası Şahzadə Diananın ölümündən sonra çox içdiyini, kokain və hallüsinogen göbələklərdən istifadə etdiyin bildirib.

Bu, vizadan imtina üçün əsas ola bilər. Federal hakim bunu müəyyən etmək üçün nazirliyə bir həftə vaxt verib.

Milli.Az