Dünyanın ən böyük qum adasının adı dəyişdirildi

8 İyun 2023 21:00

Avstraliya hakimiyyəti Freyzer adasının adını dəyişərək K'qari adlandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, onun tarixi adıdır və yerlilərin dilində "cənnət" mənasını verir.

Məlumata görə, adanın adı tarixi ədaləti bərpa etmək üçün yenilənib. Adanın əvvəlki adı 1830-cu ildə burada qəzaya uğrayan gəminin kapitanının həyat yoldaşı Eliza Freyzerin şərəfinə avropalılar tərəfindən verilibmiş.

Milli.Az