Ərdoğan İranın nüvə problemini həll etdi - YENİLƏNİB
17 May 2010 11:59
İran və Türkiyə arasında 1 200 kiloqram az zənginləşdirilmiş uranın Türkiyə ərazisində mübadiləsi haqda saziş imzalanıb.
"İLNA" agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bildirib.
Mehmanpərəst deyib ki, 1 200 kiloqram az zənginləşdirilmiş uranın 120
kiloqramlıq uran yanacağı ilə mübadiləsi bir ay ərzində baş tutacaq.
--------------------
10:39
İran az zənginləşdirilmiş uranı Türkiyə ərazisində nüvə yanacağına dəyişəcək. Milli.Az xəbər portalının "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Qeyd edək ki, Ərdoğan Türkiyə, İran və Braziliyanın xarici işlər nazirləri arasında İranın nüvə proqramına dair keçirilən görüşə qatılmaq üçün o, dünən axşam Tehrana səfər edib. O, İrana səfər etmək qərarına məhz uranın nüvə yanacağına dəyişdirilməsi məsələsilə əlaqədar gəlib.
Milli.Az