Yadplanetlilərin uçuş gəmisi ələ keçirilib? - İNANILMAZ İDDİA

8 İyun 2023 08:28

"ABŞ-ın əlində qismən yararlı olan yadplanetli uçuş gəmiləri var".

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının keçmiş rəsmisi David Grusş belə açıqlama verib. O, hökumətı yadplanetlilərə dair sübutları açıqlamağa çağırıb. ABŞ Müdafiə Nazirliyi agentliyində anomal hadisələrin təhlilinə nəzarət edən keçmiş kəşfiyyatçı iddia edib ki, məlumatlar qeyri-qanuni olaraq Konqresdən gizlədilib.

David Grusş bu barədə Konqresə məxfi məlumat verdiyi üçün hökumətdən təzyiq gördüyünü ifadə edib.

Qeyd edək ki, David Grusş 14 il ABŞ kəşfiyyatında xidmət edib. Milli Hava və Kosmik Kəşfiyyat Mərkəzinin ABŞ kəşfiyyatının əməkdaşı Conatan Qrey də "ekzotik materialların" mövcudluğunu təsdiq edib və "Biz tək deyilik" deyərək diqqət çəkib.

2021-ci ildə Pentaqon 140-dan çox naməlum obyektin müşahidə edilməsi ilə bağlı hesabat yayımlamışdı.

Milli.Az