Sevgilisiylə dalaşdı, 3 gün sonra evində ölü tapıldı

7 İyun 2023 19:43

3 gün əvvəl sevgilisindən şikayət edən gənc qadın tək yaşadığı evdə ölü tapılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Belə ki, 32 yaşlı Çilem Büşra Yılmaz sevgilisi Serkan.Ö ilə evdə mübahisə edib. Mübahisədən 3 gün sonra Büşra Yılmaz evində ölü taplııb. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az