İrəvanın mərkəzində kriminal avtoritet qətlə yetirildi

7 İyun 2023 11:38

Ötən gün İrəvanın mərkəzində baş verən atışmada kriminal avtoritet qətlə yetirilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, 6 iyun saat 22:10 radələrində polisə Baqramyan prospektində (Ermənistan hökumət binasının yerləşdiyi ərazi - red.) kişi meyitinin tapılması ilə bağlı məlumat daxil olub. Hadisə yerinə gələn polis onun güllələnərək öldürüldüyünü müəyyənləşdirib.

Şahidlər isə bildiriblər ki, ölən şəxs kriminal aləmə bağlı olan "Qnunetski Varazik" ləqəbli şəxsdir.

Milli.Az