Türkiyədə şokedici qəza: Velosipedçi toqquşduğu avtomobilin qoşqusuna düşdü

7 İyun 2023 18:04

Türkiyənin Balıkesir vilayətində maraqlı yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, velosiped arxasında qoşqu olan avtomobillə toqquşub. Qəzadan sonra velosipedçi zərbənin ətaləti ilə avtomobilin qoşqusunun içinə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Şokedici qəza hadisəsi anbaan kameralara əks olunub.

Milli.Az