Zelenskidən şok rəqəm: 81 min itkiləri var!

7 İyun 2023 08:40

Ukrayna Silahlı Qüvvələri Baxmutda "Vaqner"in 21 min döyüşçüsünü məhv edib, 60 mini yaralanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.

"21 min vaqnerçi Baxmutda məhv edilib, 60 mini yaralanıb. Təəssüf ki, bizdə də itkilər oldu, lakin müqayisəolunmazdır", - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Baxmut istiqamətində döyüşən Ukrayna müdafiəçiləri Qərbin göndərdiyi ən yaxşı və ən yeni silahlar alıb.

Milli.Az