"Yuventus" qalmaqallı layihəni tərk edir

6 İyun 2023 22:30

İtaliya "Yuventus"u Avropa Super Liqası layihəsini tərk etmək qərarına gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi bununla bağlı Çempionlar Liqasına alternativ turnir yaratmağa cəhd edən digər iki kluba - İspaniya "Real Madrid"i və "Barselona"sına məktub göndərib.

İddiaya görə, bürokratik məsələlərin həlli üçün bir neçə həftə lazım olacaq. Lakin bu, heç bir şəkildə yekun nəticəyə təsir etməyəcək.

Qeyd edək ki, "Yuventus" 2021-ci ilin aprelində Avropa Super Liqasının yaradıldığını elan edən 12 klubdan biri olub.

UEFA bu təşəbbüsə qəti şəkildə qarşı çıxıb, təşkilatçıları avrokuboklardan diskvalifikasiya etməklə hədələyib. Buna görə də layihəyə qoşulan komandaların əksəriyyəti qısa zamanda turnirdə iştirakdan imtina etdiklərini açıqlayıblar.

Milli.Az