Oman Sultanı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

6 İyun 2023 18:06

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Zati-alinizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

Milli.Az