Bəhreyn Krallığının Baş naziri Prezident İlham Əliyevi təbrik edib

6 İyun 2023 17:52

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə cansağlığı və səadət, Azərbaycan Respublikasının dost xalqına davamlı tərəqqi və rifah diləyirəm".

Milli.Az