Luis Abinader Prezident İlham Əliyevə məktub göndərib

6 İyun 2023 17:38

Dominikan Respublikasının Prezidenti Luis Abinader Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Eyni zamanda, qardaş Azərbaycan xalqına firavanlıq və rifah arzulayıram".

Milli.Az