Tailandın Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

6 İyun 2023 17:32

Tailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza əmin-amanlıq, uğurlar, rifah diləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul edin".

Milli.Az