2023-cü ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azalaraq 8,4 milyard dollara bərabər olub.
Milli.Az-ın məlumatına görə, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"Bu ilin may ayında Türkiyə 1,7 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 24 faiz çoxdur" - deyə nazirlikdən əlavə edilib.
Qeyd olunub ki, son 12 ay ərzində Türkiyə 20,7 milyard dollar məbləğində hazır geyim ixrac edib.
Milli.Az