Kennedi etiraf etdi: Ukraynada ABŞ laboratoriyası var!

6 İyun 2023 13:31

ABŞ laboratoriyaları bütün dünyada, o cümlədən Ukraynada da yerləşir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd Robert Kennedi deyib.

O bildirib ki, həmin laboratoriyalar bioloji silahlar hazırlayır.

Kennedi həmçinin Ukrayna lideri Vladimir Zelenskinin də ünvanına tənqidlər səsləndirərək, onun aktyor olduğunu və siyasi təcrübəsinin olmadığını vurğulayıb.

Milli.Az