Biləsuvarda ağır qəza: 3 yaralı

5 İyun 2023 23:22

Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, avtoqəza nəticəsində 3 nəfər - Neftçala rayon sakini, 1977-ci il təvəllüdlü Rabil Əsgərov, Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Şamil Pənayev və Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Təyyar Əliyev xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az