Bu nömrələrlə maşın sürənlər 100 manat cərimə ediləcək

5 İyun 2023 20:16

Standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat cərimə ediləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliklə mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə edənlər 100 manat cərimələnəcək.

Milli.Az