Koba Kobiaşvili: "Gürcüstan-Azərbaycan Universiteti yaradılsın"

17 May 2010 10:25
Gürcüstan-Azərbaycan Universitetinin yaradılması təklifi irəıli sürülüb.

Milli.Az-ın verdiyi xəbərə görə, belə bir təkliflə Gürcüstan Azərbaycanlılarının I qurultayında Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Koba Kobiaşvili  çıxış edib.

"Biz azərbaycanlıalrıdan xahiş edirik ki, heç bir yerə getməsinlər və  bizimlə birgə Gürtcüstan dövlətçiliyini qursunlar"- deyə o, əlavə edib.

Kvemo-Kartli Bölgəsinin  qubernatorunun müavini Hüseyn Yusifov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Azərbaycanın Milli Məclisinin üzvləri Rauf Əliyev və Sabir Hacıyev, "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də çıxış edərək bu təşəbbüsü dəstəkləyiblər.

Milli.Az